|
Azərbaycanı 2009-cu ildə Türkiyənin TRT-1 kanalında yayımlanan musiqi yarışmasında təmsil edən müğənni Samir Piriyevin iki yeni mahnısının efir versiyası hazırlanacaq. İfaçının “KƏLAMİNFOâ€�ya verdiyi məlumata görə, gələn həftə “İstəyirəmâ€� və “Ulduzdan sonsuzaâ€� adlı mahnılarına klip çəkilişlərinə start veriləcək: “Mahnılardan biri disko, digəri arenbi üslubundadır. Hər ikisi yeni mahnıdır və hələ efirlərdə səslənməyib.
Əvvəlcə “İstəyirəmâ€�ə başlayacağıq, onu bitirən kimi “Ulduzdan sonsuzaâ€�nın çəkilişləri olacaq. “İstəyirəmâ€�ə Təhmasib adlı dostumuz, “Ulduzdan sonsuzaâ€�ya həyat yoldaşım Anarə xanım quruluş verəcək. Onu da deyim ki, “İstəyirəmâ€� mahnısının sözləri və musiqisi özümə aiddir, o biri mahnın musiqisi Emin, sözləri Teymur müəllimə məxsusdur. Süjet xətti ilə hələ maraqlanmamışam, 2-3 günə biləcəm, çəkilişlər isə Azərbaycanda aparılacaqâ€�. Daha sonra müğənni yeni albomu üzərində işlərə başlayacaq. Samir Piriyev gələn il 3-cü musiqi toplusunun işıq üzü görəcəyini də bildirdi: “Sevgilimâ€� adlı ilk albomum 2008-ci ildə Moskvada, 2-ci albomum “Affet kururumâ€� 2010-cu ildə Türkiyədə çıxarılıb. Yeni albom 8-9 mahnıdan ibarət olacaq və hələ mahnıları seçirik. Bu dəfə albomumda xalq mahnısı olmayacaq. Albomun adı da o mahnılardan birindən götürüləcək və Türkiyədə hazırlanacaqâ€�.
O ki qaldı solo konsert proqramına, Samir hələlik pərəstişkarlarına musiqi qonaqlığı barədə söz vermək istəmədi. Müğənni bu barədə fikirləşdiyini dedi: “Solo konsert ola bilər ki, noyabr-dekabr aylarına təsadüf etsin, amma söz vermirəm. Əgər alınsa, Heydər Əliyev sarayında keçiriləcəkâ€�.
|