|
"Əminik ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar öz məntiqi nəticəsini verəcək". “KƏLAMİNFO" xəbər verir ki, bu sözləri “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıâ€� İctimai Birliyinin sədri Bayram Səfərov "Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimində bildirib. O qeyd edib ki, Azərbaycan gec-tez öz doğma torpaqlarına qayıdacaq: “Ermənistan bilməlidir ki, Azərbaycan bir qarış torpağından belə keçməyəcək. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan da başa düşməlidir ki, münaqişə nə qədər tez həll olunsa, regionda sülhün bərpası üçün bir o qədər müsbət hal olar. Gələcək nəslin də haqqıdır ki, bu torpaqlarda dinc, sakit yaşasın".
İcmalararası görüşə gəlincə, B.Səfərov deyib ki, onlar bu görüş və danışıqlara hazırdırlar: "Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz bunu Ermənistana sübut etməyə də hazırıqâ€�.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövcud vəziyyətə münasibət bildirən B.Səfərov deyib ki, ermənilər işğal altındakı torpaqları çətinliklə öz əllərində saxlasalar da, mövcud status-kvonu saxlamağa çalışırlar. Amma zaman Azərbaycanın xeyrinə işləyir".
|