|
Azərbaycan Fransa Gənclik Assosiasiyası 20-23 oktyabr tarixlərində Fransanın Albertvil şəhərində keçiriləcək onuncu “Le Grand Bivouacâ€� beynəlxalq festivalında iştirak edəcək. Bu barədə “KƏLAMİNFOâ€�ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dünyaya "səyahət" məqsədi daşıyan və müxtəlif mədəniyyətlərin, adət - ənənələrin paylaşıldığı festivalda üç gün ərzində 70-ə yaxın tədbirin - konfrans və debatların, sərgi və təqdimatların, tamaşa və animasiyaların təşkili nəzərdə tutulub. Festivalda Azərbaycanı Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova və Angers Universitetinin tələbəsi Könül Rəfiyeva təmsil edəcəklər. Milli rəqslərlə tamaşaçılar qarşısına çıxacaq iştirakçıların “Turacıâ€�, “Nəlbəkiâ€�, “Tərəkəməâ€� rəqslərini ifa edəcəyi bildirilib.
|