|
AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürən Baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun “Baburnaməâ€� kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə Babur adına beynəlxalq mükafata layiq görülüb. Məlumatı “KƏLAMİNFOâ€�ya AMEA Folklor İnstitutundan veriblər.
Qeyd edək ki, R.Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın “Divanâ€�ını da tərcümə edib.
Xatırladaq ki, “Baburnaməâ€� bu günə qədər 30-dan çox xarici dilə tərcümə edilib, Baburun əfsanəvi həyatı haqqında onlarca roman və povest yazılıb. Baburun vətəni olan Əndican şəhərində (Özbəkistan) şairin adını daşıyan beynəlxalq fond, “Babur və dünya mədəniyyətiâ€� adlı muzey fəaliyyət göstərir. Hər il həmin fond tərəfindən Baburun əsərlərini tərcümə edən, onun haqqında elmi araşdırmalar aparan şəxslərə Babur adına beynəlxalq mükafatlar verir.
|