|
Bu gün dünyanın bir çox ölkəsində beynəlxalq müəllimlər günü qeyd edilir. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən qəbul edilib.
Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur.
Qeyd edək ki, oktyabrın 3-də prezident İlham Əliyev təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir qrup təhsil işçisi “Tərəqqiâ€�, “Dövlət qulluğunda fərqlənməyə görəâ€� medalları və “Əməkdar müəllimâ€� fəxri adına layiq görülüblər.
|