|
İl ərzində 120 nəfər iş axtaran şəxsə təlim dəstəyi göstərmək, iş axtaranları əmək bazarına inteqrasiya etməyi məqsəd tutan SYSLAB Bakı Mərkəzinin açılışı olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun inkişafıâ€� layihəsi çərçivəsində yaradılıb. Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovun sözlərinə əsasən, layihədə 4-6 ay ərzində iştirak edəcək şəxslərin orta hesabla 80-%-i iş tapmağa müvəffəq olacaq.
“Layihə periodu təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. mərhələlərdən ibarət olacaq. Qeyd edək ki, 1992-ci ildə təsis edilən SYSLAB – İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB İnternational As.-ın məhsuludur. Mən inanıram ki, bu kurslardan sonra şirkətlər özləri bizə müraciət edəcəklər ki, onlara yaxşı kadrlar təqdim edək. Çünki işini bilən mütəxəssislər heç vaxt yerdə qalmırâ€� - deyə o, əlavə edib.
SYSLAB Norveç şirkətinin nümayəndəsi Azərbaycanda bu layihənin uğurlu olacağına inandığını vurğulayıb. BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəsi xanım Nado mərkəzin yaradılması ilə məşğulluq strategiyasının ölkədə inkişaf edəcəyini qeyd edib.
|