|
Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi Xalq artisti Nurəddin Mehdixanlıya töhmət verib. “KƏLAMİNFOâ€�nun məlumatına görə, töhmətə səbəb aktyorun Rusiyada keçirilən teatr festivalında səhnəyə içkili halda çıxması olub. Nurəddin Mehdixalının bu hərəkəti Yaltada keçirilən “Teatr. Çexov. Yalta–2011â€� Teatr Festivalının təşkilatçılarının Azərbaycan nümayəndə heyətinə kəskin etirazlarına səbəb olub.
Xatırladaq ki, teatr kollektivi festivalda Hüseynbala Mirələmovun Qarabağla bağlı həqiqətləri ön plana çəkən “Xəcalətâ€� tamaşası ilə çıxış edib. Nurəddin Mehdixanlı isə tamaşada baş rollardan birini canlandırıb.
|