|
Bu gün İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni ölkəmizə səfərə gəlir. Səfərdə məqsəd bu gündən başlayaraq Azərbaycanda İran Mədəniyyəti Günləri keçirilməsidir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iranlı həmkarı günün ikinci yarısında görüşü planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək İran Mədəniyyət Günləri bu gün saat 17:00-da Muzey Mərkəzində sərgi açılışı, 18:00-da isə Muğam Mərkəzində rəsmi açılış ilə start götürəcək.
|