|
Doktoranturaya sənəd qəbulu artıq başa çatmaq üzrədir. Sənəd qəbulunun vaxtı artırılmayacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov deyib ki, sənəd qəbulu ilə bağı müşahidələr göstərir ki, humanitar və ictimai elmlərə maraq daha çoxdur: “İstərdim ki, dəqiq elmlər üzrə sənəd daha çox təqdim olunsun. Çünki bu sahədə daha çox ehtiyacımız varâ€�.
M.Kərimov doktoranturaya qəbulun şəffaflıq şəraitində keçiriləcəyinin qeyd edib. Onun sözlərinə görə, doktoranturaya qəbulun günləri yaxın vaxtlarda AMEA Rəyasət Heyətinin iclasında dəqiqləşdiriləcək.
Xatırladaq ki, doktoranturaya qəbul sentyabrın 1-də başlayıb və 30-da başa çatacaq. İmtahanlar isə oktyabrda başlayacaq.
|