|
“Azərbaycanda müstəqillik əldə edildikdən bəri bir çox sərgilər keçirilib, lakin bunların içərisində ən vacibi kitab sərgi-yarmarkasıdırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasındakı çıxışında baş nazirin müavini Elçin Əfəndiyev deyib. Onun sözlərinə görə, kitab bütün sahələrin inkişafında mühüm rol oynayır və belə bir sərginin keçirilməsi təqdirəlayiqdir. “Kitab bəşəriyyətin ən böyük kəşfidirâ€� deyən E.Əfəndiyev artıq ənənə halını alan beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları, Azərbaycan yazarları dünyaya özlərini tanıtmaq imkanı qazanırlar: “Bu istiqamətdə mübadilələr həyata keçirilir və bu da nailiyyətlər əldə etməyə səbəb olurâ€�.
Qeyd edək ki, İkinci Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası sentyabrın 30-dək davam edəcək.
|