|
Sabah Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri başa çatıb. Nazirlikdən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, tədbirdə 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edəcək.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan sərgi-yarmarkada son 3 ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdiriləcək. Bildirilir ki, sərgi çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid “Heydər Əliyev Sarayıâ€�, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıâ€�, “Azərbaycan Dövlət Kukla Teatrıâ€�, “Azərbaycan Dövlət Film Fonduâ€�, “Azərbaycan Dövlət Rus Dram Teatrıâ€� kitablarının, digər bir Sərəncama əsasən işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatıâ€� seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlikâ€� kitabının təqdimat mərasimləri, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafıâ€� mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsiâ€� – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş Dəyirmi masa, Taras Şevçenko və Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecə, “Qızıl Kəlməâ€� Ədəbi Mükafatı laureatları və Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlər keçiriləcək. Bundan əlavə müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab təqdimatları və müəllif görüşləri nəzərdə tutulub.
Tədbir boyu müvafiq stendlərin qarşısında aşıqlar, simli kvartet və milli musiqi alətlərinin ifaçıları çıxış edəcəklər.
Qeyd edək ki, 3 gün davam edəcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi 28 sentyabr 2011-ci il tarixdə, saat 11:00-da olacaq. 30 sentyabr 2011-ci il tarixdə başa çatacaq sərgi-yarmarkada ən yaxşı nəşriyyat və ən yaxşı kitab Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Xatırladaq ki, sentyabrın 28-də II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının rəsmi açılış mərasimindən öncə saat 09:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunacaq.
|