|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda Turizm ili çərçivəsində Ümumdünya turizm gününün təntənəli qeyd olunması münasibətilə sentyabrın 27-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, həmin gün saat 10:00-da “Kempinski Hotel Badamdarâ€� mehmanxanasında “Ümumrespublika Daxili Turizm Konfransıâ€�, 10:00-dan 19:00-dək “Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisiâ€� və saat 19:00-da “Dənizkənarı milli parkdaâ€� konsert proqramının təşkil olunması planlaşdırılıb.
Qeyd edək ki, Ümudünya Turizm Günü münasibəti ilə ölkə muzeylərində açıq qapı günü də elan olunub.
|