|
Bu ilin 6 ayı ərzində ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Bu il ölkəyə gələn turistlərin sayı 1 mln.-u keçib.
Ə.Qarayev deyib ki, gələn il Azərbaycanda keçiriləcək “Avroviziyaâ€� mahnı müsabiqəsi ilə bağlı turizm şirkətləri artıq öz paketlərini formalaşdırırlar. “Biz yeni mehmanxanaların açılışına hazırlaşırıq. Hazırda qiymət siyasəti ətrafında müzakirələr gedir. Gələn ayın ortasına kimi bununla bağlı konkret nəticələr açıqlanacaqâ€� - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, “Avroviziyaâ€� ilə bağlı Azərbaycana gələcək qonaqların yerləşdirilməsi üçün vahid qərargah formalaşdırılacaq və bu qərargahın ünvanı Heydər Əliyev Fondu tərəfindən müəyyənləşdiriləcək.
|