|
Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala hazırlaşır. Teatrdan “KƏLAMİNFOâ€�ya verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II “ArtOkrainaâ€� Beynəlxalq teatr festivalında ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Kontrabasâ€� mono-tamaşası təmsil edəcək. Polşa, Ukrayna, Belarus, Almaniya, İsveç və digər ölkələrin də qatılacağı festivalda noyabrın 16–da nümayiş olunacaq “Kontrabasâ€� tamaşasının quruluşçu rejissoru mərhum sənətkar, Xalq artisti İrina Perlovadır.
Qeyd edək ki, “Kontrabasâ€� tamaşası artıq 15 ildir oynanılır və dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilmiş beynəlxalq teatr festivallarında müxtəlif mükafatlara layiq görülüb.
Xatırladaq ki, II “ArtOkrainaâ€� Beynəlxalq Teatr Festivalı noyabrın 21-dək keçiriləcək.
|