|
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeşlə görüş keçirilib. AMEA-dan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, görüşdə MEK-lə Çexiya Milli Kitabxanası və Çexiya Milli Muzeyi arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirəsi olunub.
MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara kitabxananın yaranma tarixi barədə ətraflı məlumat verib. Hazırda kitabxananın 73 dövlətin 1000-ə yaxın təşkilatları ilə əməkdaşlıq etdiyini söyləyən A. Kəngərli Çexiyanın 11 təşkilatı ilə əlaqə saxladığını bildirib: “Bu əlaqələr nəticəsində AMEA-nın alim və mütəxəssisləri Çexiya Respublikasının elmi tərəqqisi, nailiyyətləri ilə daima yaxından tanış olur, alınan ədəbiyyatdan öz elmi tədqiqatlarında səmərəli istifadə edirlərâ€�.
T.Bem və M.Lukeş kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıblar.
Sonda qonaqlar kitabxana və onun şöbələri, qiraət zallarının fəaliyyəti ilə tanış olublar. Azərbaycan-Çexiya elmi-mədəni əlaqələrinə həsr olunan geniş ədəbiyyat sərgisi və Azərbaycanın Çexiya ilə hərtərəfli əlaqələrini əks etdirən video-slayd nümayiş etdirilib.
|