|
“Biz rezidenturaya qəbul zamanı tibb ixtisası olan istənilən ali məktəbin diplomlarını qəbul edəcəyik. Ancaq namizədlərin bilik səviyyələri barədə qabaqcadan nəsə demək olmazâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, Odlar Yurdu, Beynəlxalq və Tibb universitetlərinin diplomları qəbul olunacaq. “Əgər bu diplomlar Təhsil Nazirliyin tərəfindən təsdiq edilibsə, biz onları qəbul etməyə bilmərikâ€� - deyə TQDK sədri vurğulayıb. O, rezidenturaya sənəd verənlərin tibbi bilik səviyyəsinin isə imtahanlardan sonra bəlli olacağını deyib.
|