|
MDB, həmçinin Şərqi Avropa ölkələri arasında əhalinin hər 100 min nəfərinə düşən cinayətin sayına görə ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. O.Zalov qeyd edib ki, ölkəmizə gələn turistlər, ayrı-ayrı qonaqlar, rəsmilər də Azərbaycandakı ictimai-sabitlik faktını görüşlərdə, tədbirlərdə vurğulayırlar. “Bu gün Bakı şəhərində gecə saat 3-4-ə kimi insanlar ayrı-ayrı parklarda rahat şəkildə dincəlirlər. İstəyirik ki, vətəndaşlarımız öz hüquqlarını bilsin və əmin olsunlar ki, polis daim onların, həmçinin ölkəmizə gələn qonaqların təhlükəsizliyini qoruyub və bundan sonra da qoruyacaqâ€�.
|