|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən â€�KƏLAMİNFOâ€�ya verilən məlumata görə, monitorinq insidentsiz ötüşüb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofis əlaqələndiricisi İmre Palatinus, şəxsi nümayəndənin köməkçisi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
|