|
Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. “KƏLAMİNFOâ€� xəbər verir ki, kursların 4-cü günündə ombudsman Elmira Süleymanova “Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi tədbirləri, seçki prosesində insan hüquqlarının müdafiəsiâ€�, baş prokurorun 1-ci müavini Rüstəm Usubov isə “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləriâ€� mövzularında çıxış ediblər.
Sentyabrın 9-da başa çatacaq kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqındaâ€� sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Növbəti günlərdə daxili işlər nazirinin müavini Oruc Zalov, MSK-nın bir sıra nümayəndəsi və digər şəxslərin müxtəlif mövzularda çıxışları olacaq. Sentyabrın 13-dən 15-dək isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
|