|
Cari ilin sentyabr ayının 15-də A.P.Çexov adına Yalta Teatrında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları təmsil edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, teatr kollektivi festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ həqiqətlərindən bəhs edən “Xəcalətâ€� pyesi əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı təqdim edəcəklər. Bəhram Osmanovun quruluş verdiyi və baş rollarda Xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Əməkdar artist Mətanət Atakişiyeva və başqalarının oynayacağı “Xəcalətâ€� tamaşası festivaldan öncə, sentyabrın 13-də Simferopol şəhərində Azərbaycan diasporunun nümayəndələri qarşısında nümayiş olunacaq.
Xatırladaq ki, “Teatr. Çexov. Yalta-2011â€� devizi altında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında Böyük Britaniya, İsrail, İspaniya, Rusiya daxil olmaqla dünyanın 11 məşhur teatr kollektivi maraqlı tamaşalar göstərəcəklər.
|