|
Sentyabrın 1-dən oktyabrın 16-dək Təhsil Nazirliyinin “qaynar-xəttâ€�inə 51 müraciət daxil olub. Bu barədə məlumatı Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətsisi, “qaynar-xəttâ€�in koordinatoru Ənvər İmanov verib.
Ə.İmanov qeyd edib ki, müraciətlərin 60 faizi ümumtəhsil müəssisələrində dərslik məsələsi ilə bağlı olub. Onların 25 faizinin məktəbəqədər tərbiyyə müəssisələri ilə əlaqədar olduğunu diqqətə çatdıran Ə.İmanov müraciətlərin 10 fazinin isə müəllimlərin aylıq məvaciblərinin gecikməsi ilə bağlı olduğunu söyləyib. O, vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin 5 faizinin səlahiyyətləri çərçivəsində olduğunu da açıqlayıb. “Bəzən 75 yaşlı müəllimlər müracit edirlər ki, məni niyə fəxri adla təltif etmirlər. Biz də cavab veririk ki, bu məsələ bizim səlahiyyətlərimiz xaricindədir. Ona görə də biz, məcburən belə müraciətləri də qeydə alırıqâ€�,-deyə Ə.İmanov əlavə edib. Onun sözlərinə görə, “qaynar-xəttâ€�ə daxil olan məlumatlarla əlaqədar noyabr ayının əvvəllərində ətraflı açıqlama veriləcək.
|