|
Ermənilər avqustun 23-də saat 23.00-dan 23.40-dək Tərtər rayonu Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.55-dən 20.00-dək, 20.30-dan 20.37-dək və avqustun 24-də saat 05.00-dan 05.20-dək Füzuli rayonu Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Düşmən cavab atəşi ilə susdurulub.
|