|
Paris şəhərində təşkl olunmuş London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının 2-ci günündə daha iki idmançımız Olimpiadaya seçim meyarı olan reytinq xalları uğrunda mübarizə aparacaq. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsidən veriblər. Belə ki, kişilər arasında 73 kq kategoriyalı Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə 15-ci sırada görüşəcək. Qadınlar arasında isə 57 kq kategoriyalı idmançımız Kifayət Qasımova Haitini təmsil edən Jan Batist ANJ Mersi adlı idmançıyla 10-cu sırada yarışacaq.
Xatırladaq ki, dünya çempionatının 1-ci günündə 60 kq çəki dərəcəsində Muşkiyev İlqar bürünc medal qazanıb. Qeyd edək ki, təsəlliverici yarışda həmyerlimiz erməni mənşəli Rusiya Federasiya idmançısı Rasten Galstyana qalib gəlib. 136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. İkinci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazandıracaq.
|