|
İyul ayının 1-dən indiyədək respublika ərazisində 11054 fiziki şəxs qeydiyyatdan keçib ki, onların da 2686 nəfəri elektron imkanlardan yararlanıb. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş 4997 fiziki şəxsin 1503-ü, ərazi vergi orqanları üzrə qeydiyyatdan keçmiş 5850 fiziki şəxsin 1126-sı elektron qeydiyyat xidmətindən istifadə edib. Qeyd edək ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin elektron qeydiyyatına bu il iyul ayının 1-dən etibarən başlanıb.
|