|
Avqustun 23-28-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Güləş Federasiyasından veriblər.
Çempionatın proqramına əsasən, ilk iki gün xalça üzərinə sərbəst güləşçilər çıxacaq. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaq.
|