|
Cari tədris ili üçün ali məktəbə qəbulla bağlı bu günə qədər dövlət sifarişli yerlərin 99,15 faizi, ümumilikdə isə ali məktəblərə qəbul olunan tələbələrin 96,29 faizi qeydiyyatdan keçib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, dövlət ali məktəblərində yerlərin 95 faizindən çoxu dolub. “Özəl təhsil müəssisələrində isə rəqəmlər müxtəlifdir. Özəl universitetlər arasında ən yüksən qəbul göstəricisi Qərb, Qafqaz və Xəzər universitetlərinə aiddirâ€� - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə, sentyabrın ayının 1-dən etibarən ali məktəblərə əmrlər daxil olacaq.
M.Abbaszadə onu da deyib ki, avqustun 28-də orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanının nəticəsinin açıqlanması Ramazan bayramı ilə əlaqədar gecikəcək. O qeyd edib ki, adətən imtahanın nəticəsi 1 gün sonra açıqlansa da, bu il həmin ərəfə Ramazan bayramına düşdüyündən nəticələr sentyabrın 2-də açıqlanacaq.
|