|
Bu gün Bəxtiyar Vahabzadənin doğum tarixidir. Yaradıcılığa 1943-cü ildə “Ana və şəkilâ€� şeri ilə başlayan Bəxtiyar Vahabzadə sonralar “İkinci səsâ€�, “Vicdanâ€�, “Yağışdan sonraâ€�, “Yollara iz düşürâ€�, “Fəryadâ€�, “Hara gedir bu dünyaâ€�, “Özümüzü kəsən qılıncâ€�, “Cəzasız günahâ€�, “Dar ağacıâ€�, “Rəqabətâ€�, “Leninlə söhbətâ€�, “Muğamâ€�, “Gülüstanâ€� adlı şer və poemalar yazaraq xalqın Bəxtiyarına çevrilib.
Əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilən şair 70-dən artıq şeir kitabı, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. 1925-2009. Bu rəqəmlər Bəxtiyar Vahabzadənin həyata gözünü açıb-yumduğu illəri göstərir. 84 il. Bu heç də böyük göstərici deyil, ömrünü qələminə və maarifə həsr edən bir insan üçün. O qələmə ki, “Ayaqlar altında yer oldu tapdaq., Sirrini, məğzini bilmədik ancaq... Tapdaq etdiyimiz bu qara torpaq., Əbədi mənzilin damı deyilmi?â€� deyə hayqırırdı. O maarifə ki, “Nə qədər istəyirsə, min o qədər fırlana., Qarşıma gah şər çıxa, gah xeyir dığırlana., Çərxi-fələk istəyir lap dolana tərsinə., Əqidəmi heç nəyə dəyişmərəm mən yenəâ€� deyərək xalqı tarixinə sahib çıxmağa səsləyirdi. Xatırladaq ki, Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda vəfat edib.
|