|
İrandan Türkiyənin Ərzurum şəhərinə gedən təbii qaz boru xəttində partlayış baş verib. “KƏLAMİNFOâ€� Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Ağrı vilayətinin Şərqi Bəyazit mahalı yaxınlarında olub.
Partlayışdan sonra yaranan yanğının hündürlüyü 60-ə qədər yüksəlib.
Partlayışdan sonra həmin boru kəmərinə qazın verilişi dayandırılıb. Yanğını söndürmək üçün xətdəki qazın bitməsi gözlənilir. Hadisənin dəqiq səbəbi bilinməsə də, onun təxribat olması istisna edilmir.
|