|
Nazirlər Kabineti bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Nazirlər Kabinetinin mətbuat xidmətindən veriblər. Belə ki, “Azərsuâ€� ASC-nin bu il fevralın 1-nə “Bakıelektrikşəbəkəâ€� ASC-nin balans və balansarxası hesabları üzrə 83 mln. manat, “Sumqayıtelektrikşəbəkəâ€� ASC-nin balans və balansarxası hesabları üzrə 64,1 mln. manat, “Azərenerjiâ€� ASC üzrə 9,3 mln. manat, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 65,6 mln. manat kreditor borcu silinib.
Maliyyə Nazirliyinə və “Azərsuâ€� ASC-yə “Azərsuâ€� ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 mln. manat, habelə həmin ASC-nin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 mln. manat borclarını nizamnamə kapitalına yönəldilməklə silinmək tapşırılıb. “Azərsuâ€� ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KFW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 mln. manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməlidir. Qərara uyğun olaraq, “Bakıelektrikşəbəkəâ€� ASC-nin “Azərenerjiâ€� ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları, “Azərsuâ€� ASC-nin “Azərenerjiâ€� ASC-yə olan 9,3 mln. manat borcuna müvafiq olaraq, Maliyyə Nazirliyi və “Azərenerjiâ€� ASC arasında bağlanmış borc sazişləri üzrə “Azərenerjiâ€� tərəfindən dövlət büdcəsinə ödənilməli olan 92,3 mln. manat məbləğində borc silinib. Vergilər Nazirliyinə isə bir ay müddətində “Azərsuâ€� ASC-nin əvvəlki illərdə yaranmış və ödənilmə müddətləri ötmüş vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının silinməsini təmin etmək tapşırılıb.
|