|
Ötən həftə Türkiyə Ali Hərbi Şurasında ard-arda gələn istefa və iclaslarda yaşanan böhranın əks-sədası hələ də gəlir. “KƏLAMİNFOâ€� “The Financial Timesâ€�a istinadən xəbər verir ki, artıq ölkədə əsgərin nüfuzu sarsılıb. “Üzücü bir böhran sonunda ordunu diz çökdürənâ€� Ərdoğan hökumətinin indi də Şuranın maliyyə və hüquqi səlahiyyət çərçivəsini daraltmağa çalışdığı bildirilir. Xəbərdə AKP-nin sədr köməkçisi Ömər Çəlikə istinadən Türkiyədə məcburi əsgərlikdən professional və həvəskar orduya keçidin də planlaşdırıldığı qeyd olunur. Çelik : “2002-ci ildə AKP iqtidara gələnə kimi Türkiyədə 2 dövlət var idi - siyasi və hərbi. Lakin artıq ordu ilə əlaqələr bütün çağdaş ölkələrdə olduğu kimidirâ€� – deyə vurğulayıb. Çelik Türk Silahlı Qüvvələrinin büdcəsinin yoxlanacağını da istisna etməyib.
|