|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni kampaniyaya start verib. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya partiyadan veriblər.
Partiyadan bildirilir ki, fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən “Azad müsiqi azad olmayan ölkədəâ€� adlı təxribat xarakterli kampaniyaya başlanılıb. BAXCP sədri Qüdrət Həsənquliyev isə “Eurovision-2012â€� mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib. Q.Həsənquliyev ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədəâ€� kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb.
Azərbaycanın “Eurovision-2011â€� mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən BAXCP ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
|