|
Bu vaxta qədər orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 23034 nəfər ərizəsini təsdiq edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib.
Ərizə qəbulunun internet vasitəsilə iyulun 5-dən başladığını xatırladan M.Abbaszadə bu prosesin avqustun 10-da başa çatacaqını açıqlayıb. TQDK sədri deyib ki, qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyentâ€� jurnalının 4-cü sayında dərc edilib. Onun sözlərinə görə, qəbul imtahanının avqustun 28-də keçirilməsi nəzərdə tutulub.
|