|
Parlament Jurnalistləri Birliyi (PJB) Bakı Dövlət Universiteti ilə birgə milli KİV tariximizin əks olunacağı böyük bir layihənin icrasına başlayacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı bildirib.
O qeyd edib ki, “Mətbuat Ensiklopediyasıâ€� adlanan layihə çərçivəsində çap olunacaq eyni adlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda “Əkinçiâ€� qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunmuş qəzetlər və bu qəzetlərə rəhbərlik edən baş redaktorlar barədə ensiklopedik məlumatlar əksini tapacaq. “Mətbuat Ensiklopediyasıâ€� layihəsilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə PJB arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust ayında təsdiq ediləcəyi gözlənilir.
|