|
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən “KƏLAMİNFOâ€�a verilən məlumatda bildirilir ki, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb.
Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzərâ€� uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətirib. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib. Partlayış nəticəsində A.Şahmalıyeva həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
|