|
I qrup ixtisası üzrə 9513 abituriyent 200-dən çox bal toplayaraq müsabiqəyə buraxılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib.
Onun sözlərinə görə, bu ixtisas qrupu üçün ümumilikdə 7533 plan yeri ayrılıb. Yerlərdən 4186-sı dövlət sifarişlidir. Dövlət sifarişli yerlərdən 3996-sı xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üçün, 190-ı isə qabiliyyət tələb edən ixtisaslar üçün nəzərdə tutulub. TQDK sədri dövlət sifarişli 3996 yerə 4511 nəfər abituriyentin buraxıldığını qeyd edib. “Builki məzunlardan 42 %-i imtahan verəndən sonra ixtisas seçmə müsabiqəsinə buraxılıb. Onlardan 22%-i dövlət sifarişli yerlərə namizəddir. Keçən ilki məzunlardan isə 475 nəfər müsabiqəyə buraxılıb ki, bu da imtahan verənlərin 13%-ni təşkil edir. Onlar 3%-i isə dövlət sifarişli yerlərə iddialıdırâ€� - deyə o əlavə edib.
|