|
Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə şəhərin mərkəzi meydanında bu həftənin sonunadək davam etdirilməsi nəzərdə tutulan “Mütaliə həftəsiâ€� adlı aksiya keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFOâ€�ya verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir. Tədbirdə təşkil olunan “Mütaliə stoluâ€�nda oxucular üçün mütaliə imkanı yaradılıb. Oxucular burada yeni kitablarla, habelə gündəlik dərc olunan qəzetlərlə tanış olmaq imkanı qazanıb. Aksiyada “Yeni oxucuların qeydiyyat stolundaâ€� oxuculara kitabxanaya üzv olmaq imkanı da yaradılıb.
Qeyd edək ki, mütaliə həftəsində rayon MKS-nə yeni daxil olmuş və oxucuların böyük marağına səbəb olacaq kitablar nümayiş etdirilir.
Xatırladaq ki, tədbirdə “Müstəqilliyimiz əbədidirâ€�, “Heydər Əliyevin layiqli davamçısıâ€�, “Doğma Qarabağımâ€�, “2011-ci il Turizm ilidirâ€�, “Kitabxanalarımız bu günâ€�, “Müəllif hədiyyəsiâ€�, “Tarix keçmişdən gələcəyəâ€�, “Müasir Quba yazarlarıâ€� və s. mövzularda sərgilər də təşkil olunub. “Mütaliə həftəsiâ€� çərçivəsində 1000-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 20 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim olunacaq.
“Mütaliə həftəsiâ€� aksiyasında Qubalı yazarlar öz oxucuları ilə görüşüb, yeni kitabları, habelə yaradıcılıq planları haqqında məlumat verilib, onlar öz sevimli kitablarını bir neçə həvəskar oxuculara hədiyyə ediblər.
Tədbirdə Sumqayıt şəhər, Qusar, Ağdaş rayon MKS-ləri direktorları, kitabxana mütəxəssisləri, habelə rayon ziyalıları, yeniyetmə və gənclər iştirak edir.
|