|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Fənərbaxçaâ€� klubunun prezidenti Əziz Yıldırımın həbs olunmasına münasibətini bildirib. Jurnalistlərin suallarına cavab verən Ərdoğan bunun məhkəmə qərarı olduğunu, bu barədə danışmasının doğru olmayacağını deyib: “Bu məhkəmə qərarıdır. Onların əllərində olan səbəbləri isə mən onsuzda bilmirəmâ€�. “KƏLAMİNFOâ€� “CNN Turkâ€�ə istinadən xəbər verir ki, jurnalistlərdən birinin, qərarın açıqlanmasından sonra “Fənərbaxçaâ€� azarkeşlərinin törətdiyi qalmaqallar barədə verdiyi suala Ərdoğan özünün də “Fənərbaxçaâ€� tərəfdarı olduğunu, fiziki şəxslərlə hüquqi şəxsləri düzgün qiymətləndirmək lazım olduğunu deyib: “Məhkəmənin verdiyi qərarı qəbul etmək lazımdır. Belə addım atmaqları demokratik parlamentar sistem daxilində “Fənərbaxçaâ€� icmasına yaraşan rəftardır. Mən də “Fənərbaxçaâ€� tərəfdarıyam. Amma məhkəmənin verdiyi qərar var və bunu qəbul etməliyik. Əsas olan fiziki şəxslərlə hüquqi şəxsləri doğru qiymətləndirməkdirâ€�.
|