|
Bakının “İçəri Şəhərâ€� metro stansiyası ilə “Köhnə Qalaâ€� divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomaticaâ€� jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtəâ€� adlanır. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər.
Jurnalda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəni irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub. Jurnalda ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər də yerləşdirilib.
“İmagen Diplomaticaâ€� və “Revista Placet Diplomaticaâ€� jurnallarının populyarlığını və geniş oxucu kütləsinə malik olmasını nəzərə alaraq qeyd olunan nəşrlər Azərbaycanın Argentinada təbliği üçün əhəmiyyətli töhfədir.
|