|
Bu gündən etibarən 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin vakant yerlərində çalışmaq istəyən müəllimlərin ərizələrinin qəbuluna başlanır. “KƏLAMİNFOâ€� xəbər verir ki, artıq bununla bağlı Təhsil Nazirliyi elan verib.
Müsabiqədə iştirak etmək istəyənlər ərizələrini yalnız elektron formada doldurur. Bunun üçün namizədlər Təhsil Nazirliyinin elektron portalının (www.edu.gov.az) “Müəllimlərin işə qəbuluâ€� bölməsinə daxil olaraq ərizələrini doldura bilərlər. Ərizələr iyulun 15-dək qəbul ediləcək. İmtahanlar isə avqust ayından başlanacaq.
Qeyd edək ki, ölkə üzrə təxminən 2 mindən artıq vakant yer var. Bunlardan 300-dən çoxu Bakı şəhərindədir. Vakant yerlərdən təxminən 800-ə qədəri güzəştli şərtlərlə, stimullaşdırıcı tədbirlər tətbiq etməklə müəyyənləşdirilən yerlərdir. Daha çox vakant yer Gədəbəy, İmişli, Şamaxı, Cəlilabad, Yardımlı və digər rayonlardadır.
|