|
Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “KƏLAMİNFOâ€� xəbər verir ki, sonra Mahmud Abbas Şəhidlər Xiyabanını ziyarət edib. Fələstin Prezidenti “Əbədi məşəlâ€� abidəsinin önünə əklil qoyub.
Sonra prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
|