|
İyulun 5-i və 6-da NATO və ABŞ ekspertləri Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Səfər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımının davam etdirilməsi məsələləri müzakirə olunacaq.
İyulun 10-dan 12-dək isə NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının hüquq üzrə mobil təlim qrupu Bakıda səfərdə olacaq.
Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində iyulun 20-dən 23-dək Bakıda NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələrinin iştirakı ilə ekspert qərargah görüşü keçiriləcək.
|