|
Ermənilər dünən saat 16.10-dan 16.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.25-dən 18.27-dək və 22.50-dən 22.55-dək Tərtər rayonu Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22.50-dən 22.55-dək və 23.40-dan 23.45-dək Ağdam rayonu Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinformâ€�a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|