|
Azərbaycan Milli Məclisinin bu mövsümdə son növbədənkənar iclası iyunun 24-də olacaq. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, iclasda ümumilikdə 20 məsələnin müzakirəsi nəzərdə tutulub. “Bunlar arasında Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə qanun layihəsi, “İcbari sığorta haqqındaâ€� qanun layihəsi, “Məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etmək haqqındaâ€� qanun layihəsi, “Prokurorluq haqqındaâ€� qanuna dəyişikliklərin edilməsi, “Nəqliyyat haqqındaâ€� qanuna dəyişikliklərin edilməsi, “İcra haqqındaâ€� qanuna dəyişikliklərin edilməsi, “İnformasiya əldə etmək haqqındaâ€� qanuna dəyişikliklərin edilməsi, “Vətəndaşların müraciətlərinə baxılması haqqındaâ€� qanuna dəyişikliklərin edilməsi və sair məsələlər varâ€� - deyə A.Təvəkküloğlu vurğulayıb. O, həmçinin əlavə edib ki, müzakirə olunacaq məsələlər arasında Avropa Lantşaft Konvensiyasının təsdiq edilməsi və Azərbaycan- Marakeş Krallığı arasında bir sıra sənədlərin təsdiq edilməsi də var.
|