|
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı DQMK-nin Hüquq sektorunun müdiri Vüqar Əsgərov söyləyib.
Bu gün Bakı Biznes Mərkəzində DQMK tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizəâ€� mövzusunda keçirilən tədbirdə çıxış edən V.Əsgərov xatırladıb ki, ötən il təmsil olunduğu quruma 5 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlərdən 2-si təmin olunub, 3-ü isə əsassız hesab edilib. Cari ilin 5 ayı ərzində isə komissiyaya 26 müraciətin daxil olduğunu açıqlayan V.Əsgərov onlardan 10-nun etik davranış qaydaları ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, 7 müraciət əsassız olub, 9 müraciətlə bağlı isə hazırda araşdırma aparılır.
V.Əsgərov onu da açıqlayıb ki, müraciətlər həm mərkəzi, həm də yerli Icra Hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı olub.
|