|
Mayın 17-dən 19-dək NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (BQK) əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi, briqada generalı Maykl Jorqensen Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, general Maykl Jorqensenun Müdafiə Nazirliyinin rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.
Nazirlikdən verilən məlumata görə, bu həftə NATO-nun Brunssumdakı BQK-nin iştirakı ilə Bakıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mayın 23-dən 25-dək NATO/ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Azərbaycan hərbçiləri bu ay NATO-nun Bakıda təşkil etdikləri tədbirlərdə iştirak edəcək.
Mayın 23-dən 27-dək hərbçilərimiz NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşünə qatılacaq.
|