|
“Mayın 22-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı Bakıda və digər bölgə mərkəzlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçiriləcəkâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, ikinci imtahan iyunun 26-da Bakıda təşkil ediləcək. “Bundan başqa mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda 32 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur. Mayın 18-də isə TQDK Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanları keçirəcək. Bu imtahanlarda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 21-də ədliyyə orqanlarında, 22-də isə vergi və miqrasiya orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanlar keçiriləcəkâ€�,-deyə TQDK sədri məlumat verib.
|