|
Bu günə kimi 43 782 nəfər abituriyent sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Sənəd Qəbulu Komissiyalarına təqdim edərək elektron ərizələrini təsdiq ediblər. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Abbaszadə deyib ki, bu günə kimi 1 qrup üzrə 12 836 nəfər (Azərbaycan bölməsi 10 450, rus bölməsi 2386 nəfər), 2 ixtisas qrupu üzrə 11 255 nəfər (Azərbaycan bölməsi 8608, rus bölməsi 2647 nəfər), 3 qrup üzrə 13 325 nəfər (Azərbaycan bölməsi 10 718, rus bölməsi 2607 nəfər) 4 qrup üzrə isə 6366 nəfər (Azərbaycan bölməsi 5267, rus bölməsi 1999 nəfər) öz ərizələrini SKK-da təsdiq etdiriblər.
TQDK sədri qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini və tələb olunan sənədlərini SQK-ya təqdim etməlidirlər.
|