|
“Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyilâ€�. Bu sözləri “KƏLAMİNFOâ€�ya müsahibəsində teleaparıcı Qulu Məhərrəmli “525-ci qəzetâ€�in baş redaktoru Rəşad Məcidin “Diffamasiya haqqındaâ€� qanunun müzakirəsində səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rəşad Məcid beyni çox yaxşı işləyən, xəbəri yaradıb və idarə etməyi bacaran açıq təfəkkürlü bir insandır. “Bunu normal sayıram. Biz yumoru, ironiyanı başa düşməliyik. Əgər biz bu qanunun müzakirəsində kimlər üçünsə əlavə səlahiyyətlər axtarışına çıxsaq və o adamlar sabah jurnalistləri yazdıqlarına görə şallaqlamağı cəza növü kimi təqdim etsələr, ciddi problemlər ortaya çıxacaqâ€� - deyə Q.Məhərrəmli vurğulayıb.
O, Rəşad Məcidin zarafatla dediyi bir sözü başlığa çıxaran qəzetlərin məsələnin mahiyyətini ifadə etmədiklərini bildirib.
Q.Məhərrəmli, həmçinin “Diffamasiya haqqındaâ€� qanunun qəbulunun çox vacib olduğunu deyib. O, jurnalistlər, bloqqerlər, ümumiyyətlə, mətbu sözlə işləyən insanların fikirlərinə, yazılarına görə cinayət məsuliyyətinə cəlb edilməməli olduğunu söyləyib. “Bu qanunun müzakirəsi də çox ciddi prosesdir. Kimin təqdim etməyindən asılı olmayaraq, bu qanun layihəsinin meydana çıxması çox vacibdir. Müzakirəni bu cür bayağı, bu cür lağlağıya salmaq olmazâ€� - deyə Q.Məhərrəmli əlavə edib. “Hesab edirəm ki, bu, mətbuat qanunvericiliyində güclü elementlərdən biri ola bilər. Mətbuat nümayəndələri buna ciddi diqqət yetirməlidirlərâ€�.
Xatırladaq ki, Mətbuat Şurasında (MŞ) “Diffamasiya haqındaâ€� qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının üzvü, “525-ci qəzetâ€�in baş redaktoru Rəşad Məcid jurnalistlərin şallaqla cəzalandırılmasını təklif edib.
|