|
“Kişilər üçün yaratdığım ətrin istehsalı son mərhələdədirâ€�. Bu sözləri “KƏLAMİNFOâ€�ya müsahibəsində Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib. Onun sözlərinə görə, ətrin adını dəqiqləşdirməsə də, artıq 3-5 real variant var: “Mən qadın ətri buraxanda layihəsi cızılmamış ətrin adının “Nurayâ€� olacağına qərar vermişdim, çünki Nuray qardaşım qızının adıdır. Kişilərin ətrinin ad seçimində çətinlik çəksəm də, istəyirəm ki, bu ad xarici olmasın. Qulağa yatımlı bir ad olsunâ€�.
F.Xələfova, həmçinin mayın 14-də “Xəzər qızılgülüâ€� kolleksiyasının Bakıda təqdimatı olacağını qeyd edib. O, təqdimatı beynəlxalq qadınlar klubu ilə təşkil etdiyini və tədbirin xeyriyyə məqsədi daşıyacağını vurğulayıb. “Artıq 3-cü dəfədir ki, bu klubla yeni kolleksiyalarımı təqdim edirəmâ€� - deyə modelyer sonda əlavə edib.
|