|
Azərbaycanda “Aşıq sənəti haqqındaâ€� qanun layihəsinin qəbul olunması gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov verib. O qeyd edib ki, qanun “Mədəniyyət haqqındaâ€�, “Təhsil haqqındaâ€�, “Tarix və mədəniyyət abidlərinin qorunması haqqındaâ€�, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqındaâ€� qanunlardan, digər normativ aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət olaraq hazırlanacaq. “Nəzərə alsaq ki, aşıq sənətinin Azərbaycanda kifayət qədər tarixi var və bu gün də bu ənənənin yaşadılması qarşımızda duran vacib amillərdəndir, o zaman bu sahədə ayrıca qanuna xüsusi ehtiyac var. Əks halda tarixin müxtəlif mərhələlərində bu sənət yadellilərin təsirinə məruz qaldığı kimi gələcəkdə də qalması qaçılmazdırâ€� -deyə millət vəkili vurğulayıb.
|